İmam Rzanın (ə) mübarək mövludu günündə Məşhəddə zəvvarlara 8 tonluq tort paylanılıb

İmam Rzanın (ə) mübarək mövludu günündə Məşhəddə zəvvarlara 8 tonluq tort paylanılıb

Ötən gün İmam Rzanın (ə) mübarək mövludu günündə Məşhəd şəhərində o həzrətin (ə) hərəminin Hidayət eyvanında mövlud münasibətilə zəvvarlara 8 tonluq tort paylanılıb. 
 
Maide.Az "iribnews"-a istinadən xəbər verir ki, İmam Rzanın (ə) mübarək mövludu münasibətilə 313 metr uzunluğunda və 5 metr enində 8 ton çəkisi olan tort hazırlanıb və o həzrətin hərəmində zəvvarlara paylanılıb. 
 
Tortun hazırlanmasında 35 nəfər çalışıb. Tortun paylanması üçün İmam Rzanın (ə) hərəminin 200 xidmətçisi iştirak edib. 

Google+ WhatsApp ok.ru