İmam Rzanın (ə) hərəminin bayrağı Nigeriya şiələrinin hüseyniyyəsində dalğalandı – FOTO

İmam Rzanın (ə) hərəminin bayrağı Nigeriya şiələrinin hüseyniyyəsində dalğalandı – FOTO

 Nigeriya şiələri vilayət səmasının səkkizinci nuru İmam Rzanın (ə) mövlud günü münasibəti ilə 3 gün ardıcıl bayram şənliyi təşkil edib. 
 
Maide.Az xəbər verir ki, bayram şənliyinin sonunda İmam Rzanın (ə) hərəminin üzərindəki bayraq Nigeriya şiələrinin hüseyniyyəsinə hədiyyə edilərək, Kano şəhər hüseyyniyyənin üzərinə sancılıb. 
 
Hazırda həbsdə olan Şeyx İbrahim Zəkzakinin başçılıq etdiyi Nigeriya İslami Hərəkatı tərəfindən təşkil olunan bayram şənliyi çox səmimi ortamda və ölkənin müxtəlif bölgələrindən Əhli-beyt (ə) ardıcıllarının iştirakı ilə böyük coşqu ilə keçirilib.
 
Bayram şənliyi ötən həftənin cümə axşamı günü başlayıb və şənbə günü başa çatıb./
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru