İmam Rzanın (ə) hərəminin qızılı günbəzi yuyulur - VİDEO

İmam Rzanın (ə) hərəminin qızılı günbəzi yuyulur - VİDEO

-- Günbəz 5 gün ərzində yuyulub təmizlənəcək

İmam Rzanın (ə) pak hərəminin qızılı günbəzi yuyulur. 
 
Maide.Az "news.aqr.ir" saytına istinadən xəbər verir ki, günbəzin yuyulması yuyulması və təmizlənməsi işləri 5 gün davam edəcək.
 
Hərəmin işlərinin və xidmətçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə günbəzin ətrafı metal çərçivələrlə əhatə olunub.
 
Qızılı günbəzin yuyulması işlərindən sonra, İmam Rzanın (ə) mütəhhər hərəminin minarələrinin yuylması işləri görüləcək.
 
Xatırladaq ki, İmam Rzanın (ə) mütəhhər hərəminin qızılı günbəzinin yuyulması "Əsədullah əmi" kimi tanınan Məhəmməd Hüseyn Qolhar həyata keçirirdi. Əsədullah əmi 2017-ci ilin 31 mart tarixində vəfat edərək Haqqın rəhmətinə qovuşub. 
 

Google+ WhatsApp ok.ru