İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib

İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib

 İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib
 
Maide.az "Leader.ir"ə istinadən  xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) məqbərəsinə höccətülislam Şeyx Əhməd Mərvini  müdir təyin edib.
 
Höccətülislam Mərvi bundan öncə bir çox vəzifələrdə o cümlədən Ali Rəhbərin ofisində şöbə rəisi,  “İstihlal” idarəsinin sədri  vəzifələrində çalışıb. 
 
Qeyd  edək ki, bundan öncə bu vəzifədə hazırda İran Məhkəmə Sisteminin rəhbəri vəzifəsini daşıyan Seyid İbrahim  Rəisi  çalışırdı.   
 
Xatırladaq ki, şiələrin 8-ci imamı Həzrəti-İmam Rza Məşhəddə dəfn olunub. Onun qəbrinin üstündə məqbərə tikilib. Hər il onun qəbrini ziyarət etməyə milyonlarla insan gedir. 
 

Google+ WhatsApp ok.ru