İmam Rzanın (ə) hərəmində Həzrət Məsumənin (s.ə) mövlud mərasimi keçiriləcək

İmam Rzanın (ə) hərəmində Həzrət Məsumənin (s.ə) mövlud mərasimi keçiriləcək

 
Sabahdan Həzrət Məsumə (s.ə)  xanımın mövludu ilə (zil-qədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zil-qədə 11) qədər davam edir.
 
Maide.Az xəbər verir ki,  Həzrət Məsumənin (s.ə) mövludu münasibətilə bu gecə İmam Rzanın (ə) hərəmində bayram şənliyi təşkil olunacaq. 
 
Yerli vaxtla saat 18:00-dan başlayan mərasimin saat 22:00-dək davam edəcək. 
 
Mərasim Came Rəzəvi və İmam Xomeyni (rə)  eyvanlarında təşkil olunacaq.  
 
Qeyd edək ki, İmam Rzanın (ə) hərəmində  sabah Həzrət Məsumənin (s.ə) mövlud günü saat 8-dən günorta saat 2-dək  müxtəlif bayram tədbirləri təşkil olunacaq. 
 
İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəmi bacısı Həzrəti Məsumənin (s.ə) mübarək mövludu münasibətilə bəzədilib.
 
Əhli-Beytin (s.ə) kəriməsinin mövludu günündə yüzlərlə xanım zəvvar sabah səhər tezdən İmam Rzanın (ə) hərəminə çiçəklərlə gələcək. Bu çiçəklər qardaşına qovuşa bilməyən Xanımı (s.ə) simvolizə edəcək.
 
Məlumata görə,  Kəramət günlərində 1 milyon yarımdan çox zəvvarın Məşhəd şəhərini ziyarət edəcəyi gözlənilir. 
 
 

Google+ WhatsApp ok.ru