İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

27-Oktyabr -  28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və  29-Oktyabr - 30 səfər - İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. 
 
Maide.Az  "Farsnews" xəbər agentliyinə istinadla xəbər verir ki, matəm günü Məşhəddə İmam Rzanın (ə) hərəminə çatmaq üçün müxtəlif minik vasitələri ilə səfər edən zəvvarlarla yanaşı ,  piyada gələn zəvvarlar da var.
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün yol boyu müxtəlif şəhərlərdə insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər.
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.
 
Məşhəd şəhərinin merinin müavini Əlirza Səhragərd  bildirib ki, hazırda İmam Rzanın (ə) zəvvarlarını  qarşılamaq üçün Məşhəd şəhərində  fövqəladə  hazırlıq işləri görülüb.  “Mazandaran, Xuzestan, Gülstan  və Xorasan əyalətlərində müxtəlif şəhərlərdə  İmam Rzanın (ə) zəvvarlarını qarşılamq və onların rifahını təmin etmək üçün xidmət çadırları qurulub.” 
 
O bildirib ki, Məşhəd şəhərində 20 xidmət qərargahı yaradılıb. Xidmət qərargahlarından 2-si  xanımlara xidmət etmək üçün ilk dəfə fəaliyyət göstərəcək. 
 

Google+ WhatsApp ok.ru