İmam Rzanın (ə) hərəmində milyonlarla insanın Şəhid Qasim Süleymani ilə vidası - FOTO/VİDEO

İmam Rzanın (ə) hərəmində milyonlarla insanın Şəhid Qasim Süleymani ilə vidası - FOTO/VİDEO

Əhvazda vida mərasimlərinin yekunlaşmasından sonra şəhid Qasim Süleymani və digər şəhidlərin cənazələri müqəddəs Məşhəd şəhərinə gətirilib.
 
Maide.Az xəbər verir ki, Şəhidlərin cənazələrini qarşılamaq üçün milyonlarla insan meydanlara çıxıb. Şəhidlərin cənazələri 15 Xordad meydanından İmam Rzanın (ə) mütəhhər hərəminə doğru aparılıb. 
 
İmam Rzanın (ə) hərəmində Şəhid Qasim Süleymani və digər şəhidlərin cənazələri müxtəlif şəhərlərdən gələn insanlar böyük izdihamla qarşılanıb, "Amerikaya ölüm!"  şüarları ilə vida mərasimi keçirilib, şəhidlərin ruhuna dualar oxunub. 
 
İmam Rzanın hərəmində müxtəlif ölkələrdən və digər şəhərlərdən gələn qonaqların iştirakı ilə əza məclisi keçirilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru