İmam Rzanın (ə) hərəmində zəvvarları əvəzləyən qızılgüllər - FOTO 03 İyul 2020 09:13 Dünya İranın Məşhəd şəhərindəki İmam Rzanın (ə) pak hərəmində Kəramət ongünlüyü münasibətilə həzrətin qızılı zərihinin üzərinə tər gül-çiçəkdən ibarət çələnglər qoyulub və zərihin üzərindəki yaşıl örtük yenisilə əvəzlən Maide.Az xəbər verir ki, hərəmdə bəzək işlərində minlərlə gül və çiçəkdən istifadə olunub. Bunlar qızıl zərihin alt və üst zolağına yerləşdirilmişdir. Qüds Rəzəvi ostanının yaşıllaşdırma idarəsi Kəramət ongünlüyü münasibətilə İmam Rzanın (ə) mütəhhər hərəminin bəzədilməsi işlərini, müqəddəs ziyarətgahlara zəvvarların sayının məhdud olması səbəbindən bu il fərqli bir təsir bağışlayan üslübla həyata keçirib. Zəvvarların müqəddəs ziyarətgahına buraxılmadığı üçün hərəm rəhbərliyi qızılgüllərlə İmamın (ə) hərəmini bəzəyib. Bundan başqa, müqəddəs ziyarətgahda İmam Rzanın (ə) pak qəbrinin olduğu otağa tər gül-çiçəklərdən hazırlanmış çələnglər ilə qızılgül ləçəklərindən istifadə olunmaqla nəhəng təbii xalça salınıb. deyerler.org Teqlər : #İmam Rza,#zəvvarlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda cinayətkarlarla atışmada 8 polis öldürüldü Rusiya bu raketlərini ləğv etməlidir - ABŞ
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO