İmam Rzanın (ə) mövludunda hərəmin günbəzinə yaşıl bayraq sancıldı - FOTO

İmam Rzanın (ə) mövludunda hərəmin günbəzinə yaşıl bayraq sancıldı - FOTO

İmam Rzanın (ə) mübarək mövludu münasibətilə həzrətin Məşhəd şəhərindəki hərəmində bayraq dəyişdirmə mərasimi keçirilib və hərəmin  günbəzinə yaşıl bayraq sancılıb.
 
Maide.Az xəbər verir ki, İmam Rzanın (ə) müqəddəs ziyarətgahında hərəmin xidmətçilərinin xütbə oxunması mərasimi keçirilib.
 
Hərəmin İmam Xomeyni zalında zəvvarların iştirakı olmadan keçirilən xütbə oxuma mərasimi sağlamlıq protokollarına və sosial məsafələrə riayət edilməklə həyata keçirilib.
 
Xütbələr, şeirlər və surudlar oxunduqdan sonra xuddamlar əllərindəki güllərlə İmam Rzanın (ə) qəbrinə yaxınlaşaraq, qızılı zərihin önünə qoyublar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru