İmam Rzanın (ə) şəhadəti münasibətilə o həzrətin hərəmində matəm hazırlığı işləri görülür - VİDEO

İmam Rzanın (ə) şəhadəti münasibətilə o həzrətin hərəmində matəm hazırlığı işləri görülür - VİDEO

Şiələrin səkkizinci imamı həzrət İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərində o həzrətin hərəmində matəm hazırlığı işləri görülür.
 
Maide.Az "tasnim" saytına istinadla xəbər verir ki, hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar asılıb. 
 
Məşhəd şəhərində İmam Rzanın (ə) məqbərəsinə gedən yollar qara parça ilə örtülüb. 
 
17-Oktyabr – 29 Səfər -   İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür. 
 
İmam Rza(ə) hicrətin 148-ci ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ilində şəhid olub. 
 
 

Google+ WhatsApp ok.ru