İmam Xomeyninin kəlamında Şəban ayı

İmam Xomeyninin kəlamında Şəban ayı

İmam Xomeyninin əsərlərində Şəban ayı dəfələrlə böyük bir ay kimi qeyd edilmiş, bu ayın fəziləti ilə bağlı İmam Əlidən (ə) nəq olunan bu hədisə də toxunulmuşdur: “Allah-Taala bu ayı Şəban ayı adlandırmışdır. Çünki yaxşılıqlar və xeyir işlər bu ayda şaxələnir və şöbələnir, behiştin qapıları açılır, nemətləri isə ən asan yolla, ən ucuz qiymətə təqdim olunur.”

Namaz, oruc, zəkat, yaxşılığa dəvət, pislikdən çəkindirmə, ata-anaya və qonşulara yaxşılıq, insanlar arasında sülh və səmimiyyət yaratmaq, yoxsullara və çarəsizlərə yardım etmək bu ayın xeyir şaxələrindəndir.

–Şəban ayı böyük bir aydır, onun 3-cü günü bəşəriyyət aləminin böyük mücahidi (İmam Hüseyn (ə)), 15-ci günü isə bəşəriyyət aləminin vəd olunmuş böyük xilaskarı həzrət Mehdi (ə.c) dünyaya göz açmışlar.

–Şəban ayı mübarək Ramazan ayı üçün bir müqəddimədir. İnsanlar mübarək Ramazan ayına, ilahi qonaqlığa daxil olmaq üçün bu ayda hazırlıq işlərinə başlamalıdır. “Şəbaniyyə münacatı” – Şəban ayına məxsus dua və münacatlar ona görə əhəmiyyətlidir ki, insanı ilahi ziyafətə hazırlayır.

–Ramazan ayı nübüvvət ayıdırsa, Şəban ayı imamət ayıdır. Ramazan ayının “Qədr” gecəsi varsa, Şəban ayının da “nimeyi-Şəban” gecəsi (Qədr gecəsindən sonra ən fəzilətli gecə) vardır. Ramazan ayı Qurani-Kərim nazil olduğu üçün mübarəkdirsə, Şəban ayı da məsumlarımızın bu ayda etdikləri dua və münacatlarına görə mübarəkdir.

–“Şəbaniyyə münacatı” ən böyük ilahi maarifi özündə əks etdirir.

–“Şəbaniyyə münacatı”ndan başqa heç bir dua olmasaydı belə, bu münacat bizim imamlarımızın haqq olduqlarına kifayət edərdi.

–Şəban ayının dua və münacatları məsum Əhli-beytin dua və münacatlarıdır.

(“Əyyam dər neqahe İmam Xomeyni”, 1-ci cild, səh.194.)

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru