İmam Xomeyninin (r.ə) məqbərəsində anım mərasimi keçiriləcək

İmam Xomeyninin (r.ə) məqbərəsində anım mərasimi keçiriləcək

Bu gün İslam İnqilabının banisinin vəfatının ildönümü günü münasibəti ilə İmam Xomeyninin (r.ə) pak məqbərəsində mərasim keçiriləcək.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Əli Xamenei mərasimdə çıxış edəcək.  Ramazan ayı və oruc tutan insanların ümumi halını nəzərə alaraq anım mərasimi bu gün yerli vaxtla saat 18:00-da baş tutacaq. 
 
Məlumata görə, mərasimdə xarici qonaqlar, yüzlərlə daixili və 80-dan çox əcnəbi müxbir, fotoqraf və operator iştirak edəcək.
 
Qeyd edək ki, 2017-ci il iyun ayının 4-də İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının 28-cı ildönümü günüdür. 28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir. 
 
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisinin 1/6-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

 

Google+ WhatsApp ok.ru