İmam Xomeyni(r.ə)-in məqbərəsində anım mərasimi keçirilir

İran İslam Respublikası banisinin vəfatının ildönümü günü münasibəti ilə  İmam Xomeyni(r.ə)-in pak məqbərəsində  mərasim keçirilir.
Maide.az xəbər verir ki,  Ali Lider Ayətullah Əli Xamenei mərasimdə çıxış edir. 
Məlumata görə, mərasimdə 45 ölkədən min xarici qonaq iştirak edir. Həmçinin mərasim yüzlərlə daxili müxbir və operator tərəfindən işıqlandırılır. 
Mərasimdə 17 ölkə və 26 xarici mediadan 80-dan çox müxbir, fotoqraf və operator iştirak edir.
Qeyd edək ki, 2015-ci  il iyunun ayının 4-də İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının 26-cı ildönümü günüdür. 26 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir. 
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub./
 

 

Google+ WhatsApp ok.ru