İMAM ZAMANIN (Ə.C.) DUASI

İMAM ZAMANIN (Ə.C.) DUASI

 

اللَّهُمَّ ارْزُقْنَا تَوْفِيقَ الطَّاعَةِ وَ بُعْدَ الْمَعْصِيَةِ وَ صِدْقَ النِّيَّةِ وَ عِرْفَانَ الْحُرْمَةِ وَ أَكْرِمْنَا بِالهُدَى وَ الاسْتِقَامَةِ وَ سَدِّدْ أَلْسِنَتَنَا بِالصَّوَابِ وَ الْحِكْمَةِ وَ امْلَأْ قُلُوبَنَا بِالْعِلْمِ وَ الْمَعْرِفَةِ وَ طَهِّرْ بُطُونَنَا مِنَ الْحَرَامِ وَ الشُّبْهَةِ وَ اكْفُفْ أَيْدِيَنَا عَنِ الظُّلْمِ وَ السِّرْقَةِ وَ اغْضُضْ أَبْصَارَنَا عَنِ الْفُجُورِ وَ الْخِيَانَةِ وَ اسْدُدْ أَسْمَاعَنَا عَنِ اللَّغْوِ وَ الْغِيبَةِ وَ تَفَضَّلْ عَلَى عُلَمَائِنَا بِالزُّهْدِ وَ النَّصِيحَةِ وَ عَلَى الْمُتَعَلِّمِينَ بِالْجُهْدِ وَ الرَّغْبَةِ وَ عَلَى الْمُسْتَمِعِينَ بِالاتِّبَاعِ وَ الْمَوْعِظَةِ وَ عَلَى مَرْضَى الْمُسْلِمِينَ بِالشِّفَاءِ وَ الرَّاحَةِ وَ عَلَى مَوْتَاهُمْ بِالرَّأْفَةِ وَ الرَّحْمَةِ وَ عَلَى مَشَايِخِنَا بِالْوَقَارِ وَ السَّكِينَةِ وَ عَلَى الشَّبَابِ بِالْاِنَابَةِ وَ التَّوْبَةِ وَ عَلَى النِّسَاءِ بِالْحَيَاءِ وَ الْعِفَّةِ وَ عَلَى الْأَغْنِيَاءِ بِالتَّوَاضُعِ وَ السَّعَةِ وَ عَلَى الْفُقَرَاءِ بِالصَّبْرِ وَ الْقَنَاعَةِ وَ عَلَى الْغُزَاةِ بِالنَّصْرِ وَ الْغَلَبَةِ وَ عَلَى الْأُسَرَاءِ بِالْخَلاصِ وَ الرَّاحَةِ وَ عَلَى الْأُمَرَاءِ بِالْعَدْلِ وَ الشَّفَقَةِ وَ عَلَى الرَّعِيَّةِ بِالْإِنْصَافِ وَ حُسْنِ السِّيرَةِ وَ بَارِكْ لِلْحُجَّاجِ وَ الزُّوَّارِ فِي الزَّادِ وَ النَّفَقَةِ وَاقْضِ مَا أَوْجَبْتَ عَلَيْهِمْ مِنَ الْحَجِّ وَ الْعُمْرَةِ بِفَضْلِكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

 

DUANIN OXUNUŞU

Əllahummərzuqna təvfiqət-taəti və bu`dəl mə`siyəti və sidqən-niyyəti və irfanəl hurməh, və əkrimna bil huda vəl istiqaməh, və səddid əlsinətəna bis-səvabi vəl hikməh, vəmlə` qulubəna bil ilmi vəl mə`rifəh, və təhhir butunəna minəl hərami vəş-şubhəh, vəkfuf əydiyəna əniz-zulmi vəs-sirqəh, vəğzuz əbsarəna ənil fucuri vəl xiyanəh, vəsdud əsmaəna ənil-ləğvi vəl ğəybəh, və təfəzzəl əla uləmaina biz-zuhdi vən-nəsihəh, və ələl mutəəlliminə bil cuhdi vər-rəğbəh, və ələl mustəmiinə bil ittibai vəl məvizəh, və əla mərzəl musliminə biş-şifai vər-rahəh, və əla məvtahum bir-rə`fəti vər-rəhməh, və əla məşayixina bil vəqari vəs-səkinəh, və ələş-şəbabi bil inabəti vət-təvbəh, və ələn-nisai bil həyai vəl iffəh, və ələl əğniyai bit-təvazui vəs-səəh, və ələl fuqərai bis-səbri vəl qənaəh, və ələl ğuzati bin-nəsri vəl ğələbəh, və ələl usərai bil xəlasi vər-rahəh, və ələl umərai bil ədli vəş-şəfəqəh, və ələl rəiyyəti bil insafi və husnis-sirəh, və barik lil huccaci vəz-zuvvari fiz-zadi vən-nəfəqəh, vəqzi ma əvcəbtə ələyhim minəl həcci vəl umrəh, bifəzlikə və rəhmətikə ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ

İlahi, bizə itaətə müvəffəqiyyət, günahdan uzaqlıq, xalis niyyət və (Sənin dərgahında) möhtərəm olanlara mərifət əta et! Bizi hidayət və müqavimətlə əziz et, dilimizi doğru söz və hikmətlə aç, qəlbimizi elm və mərifətlə doldur, qarnımızı haram və şübhəli qidalardan təmizlə, əlimizi zülm və oğruluqdan saxla, gözümüzü iffətsizlik və xəyanətdən qoru, qulağımızı yersiz söz və qeybət eşitməkdən bağla, alimlərimizə zöhd və yaxşı əməl, elm öyrənənlərə çalışqanlıq və rəğbət, eşidənlərə itaət və nəsihət, müsəlman xəstələrə şəfa və rahatlıq, ölülərinə ülfət və mehribanlıq, qocalarımıza vüqar və təskinlik, cavanlara tövbə və peşmançılıq, qadınlara həya və iffət, varlılara təvazökarlıq və himmət, yoxsullara səbir və qənaət, əsgərlərə zəfər və qələbə, əsirlərə azadlıq və istirahət, əmirlərə ədalət və şəfqət, rəiyyətə insaf və gözəl rəftar əta et! Hacılar və zəvvarların azuqə və xərclərinə bərəkət ver, onlara vacib etdiyin həcc və ümrəni qəbul et. Sənə and verirəm lütf və rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru