Maşını ağaca çırpdı: 2 nəfər öldü

Maşını ağaca çırpdı: 2 nəfər öldü

Oğuzda baş verən ağır qəzada 2 nəfər dünyasını dəyişib. 
 
Maide.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə dünən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 114-cü km-də Oğuzun Padar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı 1939-cu il təvəllüdlü Oğuz rayon Kərimli kənd sakini Həmidzadə Namiq Zahid oğlu idarə etdiyi 48-BA-676 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə Oğuz istiqamətində olarkən qəfildən idaretməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
 
Hadisə zamanı zərbənin gücündən sürücü elə hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Kərimli kənd sakini, 1961-cu il təvəllüdlü Əsgərova Bənövşə Nərman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı xəsarət alan şəxs ilk olaraq Oğuz Rayon Xəstəxanasına aparılıb. Daha sonra xəstə Şəki Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmuyub. 
 
Polad Məmmədxanov - hadisə şahidi: "Gəldiyi vəziyyətdə də bu ağaca dəydi. Tez qaçıb gəldik, kömək etdik. Kişi artıq keçinmişdi". 
 
İlkin ehtimallara görə, hadisənin baş verməsinə səbəb sürücünün sükan arxasında yatması olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırmalar aparılır. 
 

Google+ WhatsApp ok.ru