Manat ucuzlaşıb, yoxsa bahalaşıb?

Manat ucuzlaşıb, yoxsa bahalaşıb?

-- Uçot dərəcəsinin endirilməsi nədən xəbər verir?

"Novoye Vremya" qəzetində isə "Uçot dərəcəsinin endirilməsi nədən xəbər verir?" sərlövhəli məqalə oxumaq olar.
 
Yazı müəllifi Mərkəzi Bankın (MB) uçot dərəcəsini aşağı salmasını və bunun səbəb və nəticələrini müzakirəyə çıxarır.
 
Müəllif xatırladır ki, MB bu yaxınlarda uçot dərəcəsini 15 faizdən 13 faizə endirib, faiz dəhlizinin yuxarı həddi 18 faizdən 16 faizə, aşağı həddi isə 10 fazidən 8 faizə düşüb: "MB-nin açıqlamasına görə, bu, öz növbəsində banklara qoyulan əmanətlərin 15 faizlik yuxarı həddinin həm də 13%-ə endirilməsi deməkdir. Tənzimləyici uçot dərəcəsinin endirilməsinin səbəbləri sırasında "orta illik inflyasiyanın təkrəqəmli trayektoriyaya" (yəni, 9%-ə) daxil olmasını, inflyasiyanın enməsilə bağlı proqnozları və ölkənin tədiyyə balansının yaxşılaşdırılmasını göstərir".
 
Müəllif deyir ki, MB inflyasiyaya dair "orta illik təkrəqəmli" trayektoriyanı rəsmi statistikanın bu ilin yanvar ayına göstəricilərinə istinadən edib, bu ilin yanvarında rəsmi statistikaya görə inflyasiya 5,5%, ərzaq inflyasiyası isə 6,9% olub, 2017-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 11,9 və 14,5 faiz təşkil edib.
 
Yazı müəllifi xatırladır ki, bu, yalnız bir ayın göstəricisidir və buna əsasən inflyasiyanın təkrəqəmli olacağını proqnozlaşdırmaq hələ çox tezdir.
 
Müəllif deyir ki, nəzərə asaq ki, gömrük rüsumları qiymətlərin artmasına təsir göstərir, keçən ilin sonunda isə, demək olar ki, bütün gömrük rüsumları artırılıb, buna görə də bahalaşmanın bu il də davam edəcəyi gözləniləndir:
 
"Faktiki olaraq, MB-nin bu il inflyasiyanın 6-8% həddində olacağı barədə proqnozu əsassızdır, çünki bank bu proqnoza istinadən deyir ki, uçot dərəcəsinin aşağı salınması çox vacibdir. İndiki halda isə səbəb və nəticənin yerləri dəyişik salınıb".
 
Müəllifə görə, uçot dərəcəsinin endirilməsi inflyasiyanın azalmasının səbəblərindən biri ola bilər, çünki, uçot dərəcəsi bankların MB-dan milli valyutanı aldıqları faiz dərəcəsidir: "Bu faiz dərəcəsi nə qədər aşağı olarsa, banklar milli valyutanın alınmasına bir o qədər az xərcləyərlər, vətəndaşlara satanda isə onlar faizləri aşağı salmağı bacarırlar, bu isə dövriyyədə pul vəsaitlərinin azalmasına səbəb olur. İnflyasiya isə pul kanallarının həddən artıq dolu olmasıdır ki, nəticə etibarilə qiymət bahalığı yaradır. Bu, yüksək inflyasiyanın səbəblərindən biridir, özü də bizim maliyyə sistemində ən vacib səbəblərdən sayılmır".
 
Müəllif pul vəsaitlərinin dövriyyə həcminə ən çox təzyiqi dövlətin hara xərclənəcəyi məlum olmayan investisiya xərclərinin göstərdiyini hesab edir və keçmiş illərdə neft dollarlarının qiymət bahalığına səbəb olmasını xatırladır.
 
Yazı müəllifi deyir ki, əgər bazarda tək oyunçu MB-dirsə, o zaman bazarın hansı şəkildə özünü tənzimləyəcəyi də naməlum qalır.
 
Müəllifə görə, MB-nin manatın möhkəmlənməsilə bağlı dedikləri də birmənalı deyil, belə ki, manat dollara nisbətdə sabit qalsa da, avro və funt-sterlinqə nisbətdə 9% və 5% ucuzlaşıb və buna görə də manatın möhkəmlənməsi ilə bağlı deyilənələri ciddi qəbul etməyə dəymir.
 
Yazı müəllifinin fikricə, MB-nin açıqlamasından aydın olan budur ki, ölkənin maliyyə bazarında hansısa dəyişikliklər gözləməyinə dəyməz.
 

Google+ WhatsApp ok.ru