Manat möhkəmlənib, bəs sonra?

Manat möhkəmlənib, bəs sonra?

"Yeni Müsavat" qəzetində "Manat nədən möhkəmlənir?" sərlövhəli məqalədə iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələri yer alır.
 
Q.İbadoğlu bildirilir ki, son zamanlar manatla bağlı mövzuya o qədər də diqqət yetirməyib. Ancaq bu, heç də milli valyuta ilə bağlı müzakirələrin aktuallığını itirdiyi anlamına gəlmir:
 
"İndiki iqtisadi şərtlər çərçivəsində manatın sabitliyi hələ uzun müddət ictimai əhəmiyyət kəsb edəcək".
 
Daha sonra iqtisadçı manatın sabitləşməsinə təsir göstərən amillərin üzərində dayanır. Onun fikrincə, buna ilk növbədə idxalın azalması, ixracın isə artması təsir göstərir.
 
İqtisadçı hesab edir ki, 2017-ci ildə nağdsız əməliyyatların artması və bu sahədə qanunvericiliyin sərtləşməsi manatı möhkəmləndirib.
 
Q.İbadoğlu vurğulayır ki, manatla depozitlərə görə faiz dərəcələrinin artırılması da bu sabitliyə şərait yaradan şərtlər sırasındadır.
 
İqtisadçı daha sonra bildirir ki, qonşu ölkələrdə milli valyutaların məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi də Azərbaycan manatına müsbət mənada təsir göstərib.
 
İqtisadçıya görə, manatın möhkəmlənməsinin lehinə olan bu faktorların sayını bir az da artırmaq olar.
 
"Amma hazırda məsələ bu amillərin nə dərəcədə dayanıqlı olmasındadır. Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda aparılacaq islahatların keyfiyyətindən asılı olacaq", - deyə iqtisadçı bildirir. /

Google+ WhatsApp ok.ru