Manatın sabiltik amilləri gücdən düşdükcə...

Manatın sabiltik amilləri gücdən düşdükcə...

"Azadlıq.info"da "Manatın sabitliyini qoruyan bütün iqtisadi faktorlar təslim olur" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Saytda tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlunun son vaxtlar dollara artan tələbat və bunun manatın məzənnəsinə mümkün təsiri ilə bağlı düşüncələrinə yer verilib.
 
Ekspert deyir ki, 2018-ci ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb və bu sırada daha mühüm əhəmiyyət kəsb edən 3 məqam üzərində xüsusi dayanır.
 
Q.İbadoğlu valyutaya tələbatən sürətlə artmasını birinci vurğulayır: "Dövlət Neft Fondu (DNF) açıqladığı məlumata görə, 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satıb. Beləliklə də bu ilin 8 ayında ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 4 milyard 244 milyon 800 min dollar təşkil edib, bu isə 2017-ci il üzrə cəmi valyuta satışından 17,9 faiz çoxdur".
 
İqtisadçı hesablamalara istinadən bildirir ki, DNF bu ilin 7 ayında ötən ilin bütün dövrünə qədər valyuta satıb və yaxın 4 ayda satışın həcmində artım daha da yüksələcəyini iddia edir: "Ekspert bildirir ki, DNF-nin cari ilin avqust ayının satışları iyul ayına nisbətdə 36,7 faiz, iyul ayının satışları iyun ayına nisbətdə 22,2 faiz, iyun ayında may ayına nisbətən 3,8 faiz çoxalıb və son 3 ay ərzində aylıq artım dinamikası daha da sürətlənib.
 
İkinci məqama gəlincə. Q.İbadoğlu deyir ki, idxal artmasını, müsbət saldonun azalmasını göstərir: "Rəsmi statistikaya əsasən bu ilin birinci yarısında idxalın həcmi 4 milyard 659 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz çoxdur. Bununla yanaşı bu ilin ikinci rübünün göstəricilərinə görə, xarici ticarətdə müsbət saldo may ayında aprel ayına nisbətən 40 faizdən, iyun ayında may ayına nisbətən 46 faizdən çox azalaraq 486,9 milyon ABŞ dolları təşkil edib".
 
Ekspertə görə, xarici ticarətdə müsbət saldonun sürətlə azalması yalnız idxalın artımı ilə deyil, həm də ixracatın bu ilin 2-ci rübündə azalması ilə bağlıdır.
 
İqtisadçı vurğulayır ki, 2018-ci ilin 6 ayında ixracat apreldəki pik səviyyəsindən - 2 296 milyon dollar- sonra kəskin azalmağa doğru gedir.
 
Aylıq göstərici cari ilin iyun ayında aprel ayı ilə müqayisədə 44 faiz azalaraq 1 291 milyon dollar təşkil edib.
 
Ekspert üçüncü məqam kimi Mərkəzi Bankın valyuta ehtiyatlarınn azalmasını göstərir: "Cari ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayındakı 5546,9 milyon dollardan 5503,5 dollaradək azalıb. Bu azalma kəskin xarakter daşımasa da tendensiyanın neqativ olması narahatlıq doğurur və böyük ehtimalla bu ilin son ayında azalma tempi yüksələcək".
 
Q.İbadoğlu onu da qeyd edir ki, manatın sabitliyi üçün əhəmiyyətli olan iqtisadi göstəricilərin pisləşməsi ilə yanaşı ona pisxoloji və siyasi təsirlər də artır, belə ki, Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin, İran və Qazaxıstan milli valyutalarının ABŞ dollarına nisbətdə dəyərdən düşməsi, manatı təzyiq altında saxlamaqdadır.
 
Ekspertə görə, belə şəraitdə manatın sabitliyini naminə fiksə edilmiş məzənnə siyasətinin davam etdirilməsi siyasi avanturadan başqa bir şey deyil. / contact.az  / 
 

Google+ WhatsApp ok.ru