Manatn sabitliyi nə qədər etibarlıdır?

Manatn sabitliyi nə qədər etibarlıdır?

-- Devalvasiya hökumətin iradəsindən və neftin qiymətidnən asılıdır

"Novoye Vremya" qəzetində "Devalvasiya hökumətin iradəsindən və neftin qiymətidnən asılıdır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Azərbaycanın sıx ticarət tərəfdaşları olan Rusiya və Türkiyə milli valyutalarının dollara nisbətdə dəyər itirmələrinin manata mümkün təsirlərilə bağlı məsələni gündəmə daşıyır və narahatlığını ifadə edir: "Azərbaycan qeyri-neft ixracının 36%-i təkcə Rusiyanın payına düşür. Amma qeyri-neft məhsullarını payı ixracda o qədər də əhəmiyyyətli dərəcədə deyil, istərdik ki, artan neft qiyməti ölkəyə manatı sabit saxlamağa yetəlri olan gəlir gətirsin".
 
Müəllifə görə, görünən bu idi ki, manatın sabitliyi neftin qiymətindn aslılıdır, bu mənada qonşu valyutlardakı dəyişikliklər artan neft indeksləri fonunda manata birbaşa təsir edə bilməz, amma Azərbaycan hökumətinin də manatın ucuzlşaması barədə qərar verə biləcəyinə dair şaiyələr durumu çətinləşdirdirdi.
 
"Üstəlik, iqtisadçıların bu ilin əvvəlindən müşahidə edilən xarici valyutaya artan tələbat, idxalın çoxalması kimi hesablamaları "hərarəti" bir az da artırırdı. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında dollara olan tələbat 21% artmışdı".
 
Müəllif deyir ki, idxal məhsullarının həcminin artmasının əsasında xarici valyutaya tələbatın artması dayanır, çünki hərraclarda reallaşdırılan dollar kütləsinin əksər hissəsi bu istiqamətdə xərclənir, həm də mart ayında xarici ölkələrə tətilə getmək, Novruz bayramı ilə bağlı istehlakçı tələbinin artması da dolara tələbatı yüksəltmişdi.
 
Müəllif ekspert rəylərinə istinadən deyir ki, xarici valyutaya faktiki və potensial tələb artımına baxmayaraq, manatın dollara nisbətən devalvasiyası gözlənilmir.
 
Baş verən proseslər fonunda manatı hansı perspektivin gözlədiyinə gəlincə, müəllif informasiya qıtlığı şəraitində bu suala cavab verməyin mürəkkəb olduğunu bildirir: "Belə ki, ölkədə bazar iqtisadiyyatları münasibətləri yoxdur, verilən qərarlar isə sırf siyasi xarakter daşıyır. Mərkəzi Bank isə manatın "üzən məzənnəsi"ni nəzarətdə saxlayır".
 
Müəllif vurğulayır ki, bu mənada manatın məzənnəsinin əsas dayağı olan neftin qiyməti artmaqdadır və bu istiqamətdə hələlik təhlükə yoxdur.
 
Məqalə müəllifi deyir ki, maliyyə dairələrində əminlik var ki, manatın məzənnəsi neft indekslərindən, bir də qeyti-neft sektorunun inkişafı naminə manatı ucuzlaşdıra biləcək hökumətdən asılıdır, istənilən halda bu amillər olmadan məzənnə dəyişə bilməyəcək.(contact.az)
 

Google+ WhatsApp ok.ru