Maşın bazarı bağlandı 01 İyul 2016 01:00 Xəbərlər Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək. Bazarda olan mağazalar sığortalanmayıb. Burada mağazası olan Niyaməddin Hacıyev sayta açıqlamasında bildirib ki, ona yanğın zamanı 200 min manat ziyan dəyib. Buradakı satıcılar hadisə ilə bağlı bazar əməkdaşlarından şikayətlənirlər. “Texniki təhlükəsizlik qaydaları pozulurdu. 45-50 mağaza yanıb. Texniki qaydalara riayət olunmadığına görə buranı heç sığortalamayıblar”. Zərərçəkənlər onlara kompensasiya ödənilməsini tələb edirlər. Ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda bazarın girişində Xətai Rayon Polis İdarəsinin əməkdaşları post qurublar, əraziyə heç kim buraxılmır. (anspress) Teqlər : #Maşın bazarı bağlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada radarlardan itmiş İl-76 təyyarəsini axtarırlar Amerika və İngiltərə neft nəhəngləri Azərbaycan neftinə görə gərgin münasibətlər yaşayır