Mançesterdən qol səsi çıxmadı - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
 
Maide.Az apasport.az-a istinadən xəbər verir ki, "Mançester Siti" Madrid "Real"ını qəbul edib.
 
İspaniya kubokunda mübarizəni dayandırsa da, çempionluq uğrunda şansları davam edən "kral klubu" həm də qitənin ən nüfuzlu klub turnirində qalib olmaq istəyir. Madridlilərin super ulduzu Kristiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
 
Səfər oyunundan qol buraxmadan dönən Zidanın yetirmələri finala çıxmaq üçün daha yaxşı imkanlara sahibdilər. 
 
Çempionlar Liqası
 
Yarımfinal mərhələsi, ilk oyun
 
26 aprel
 
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 0:0
 
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Onqun, Sərkan Ok
 
Əlavə hakim köməkçiləri: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)
 
Mançester. Şəhər stadionu
 
"Mançester Siti": Co Hart, Bakari Sanya, Vinsen Kompani, Fernando, Aquero, Xesus Navas, De Bruyne, David Silva, Qael Klişi, Fernandinyo, Otamendi
 
Ehtiyat oyunçular: Kavalyero, Zabaleta, Sterlinq, Kolarov, Delf, Manqalya, İhenaçço
 
"Real": Navas, Pepe, Serxio Ramos, Toni Kroos, Benzema, Beyl, Marselo, Kasemiro, Karvaxal, Lukas, Luka Modriç
 
Ehtiyat oyunçular: Kasilla, Varane, Xames Rodriges, Kovaçiç, Xese, İsko, Danilo 
 

Google+ WhatsApp ok.ru