İmanı küfrlə dəyişənlər

İmanı küfrlə dəyişənlər

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 177-ci belə buyurur:

إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ

Şübhəsiz, imanı küfrlə dəyişənlər heç vaxt Allaha zərər vurmazlar. Onlar üçün dərdli bir əzab var.”

Quranda ömür sərmayəsinin alış-verişi, xeyir-zərəri haqqında dəfələrlə danışılmışdır. Quran dünyanı bazar, xalqı satıcı, insanın əqidə və əməllərini bu bazarın malı kimi təqdim edir. Bu bazarda satış məcburi olsa da, müştəri seçimi azaddır. İnsan öz ixtiyarında olanları, gücünü, əməlini, əqidəsini boş saxlaya bilməz. Amma biz olanlarımızı həm xeyirli, həm də zərərli yolda sərf edə bilərik.

Quranda canını verib əvəzində Behişt alanlar mədh olunur. Azğınlıq yolunu tutub zərərə düşənlər isə tənqid olunur. (“Bəqərə”, 16.)

Sözügedən ayə kimi bir çox ayələrdə imanını küfrə satanlar məzəmmət olunur və möminlərə təsəlli verilir ki, insanların küfrü Allah və Onun yoluna heç bir zərər toxundurmaz.

Bildirişlər

1. İnsanın əsil sərmayəsi iman və ya imanın fitri zəminələridir.

2. İdeoloji bir inqilabda cüzi zərərlərə görə nigaran olmayın. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 177-ci ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru