Manvel Sarkisyan: Azərbaycansız Ermənistanı Avrasiya İqtisadi İttifaqına heç kim qəbul etməyəcək

Əgər belə davam edərsə Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməyəcək. Azərbaycan olmasa Ermənistanı Avrasiya İqtisadi İttifaqına heç kim qəbul etməyəcək.
 
Bu barədə News.am nəşrinə politoloq Manvel Sarkisyan, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsinin uzadılması barədə danışarkən bildirib.
 
Onun fikrincə, hələ əksinə də ola bilər. Azərbaycan İttifaqa daxil ola bilər, Ermənistan isə yox.
 
“Ermənistanın Avrasiya İİ-yə daxil olmasına mane olan problemlərin bir hissəsini Qazaxıstan prezidenti Azərbaycanla əlaqələndirib, amma digər problemlərdən danışılmayıb. Biz görürük ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının vaxtının dəyişdirilməsi ilə əlaqədar olduğu konkret problemlər barədə heç ölkə hakimiyyətinin belə təsəvvürü yoxdur. Bu, bir qədər qəribədir”, - Manvel Sarkisyan qeyd edib. Rusiya üçün bu İttifaqa Azərbaycanın daxil olması, Ermənistanın ora birləşməsindən vacibdir.
 
“Digər problemlər də var. Qazaxıstan və Belarus Ukrayna məsələsində Rusiyanın təklifini qəbul etmirlər. Bu da böyük problemdir. Faktiki olaraq təsisçi ölkələr belə konkret məsələlər üzrə razılaşmaya gələ bilmədikləri halda, digər ölkələr barədə nə demək olar”, - politoloq yekunlaşdırıb.
 
Xatırladaq ki, iyulun 3-də Ermənistan baş naziri Ovik Abramyanın bəyan etdiyinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması tarixi hələ bəlli deyil, amma heç bir siyasi problem də yoxdur. Onun sözlərinə görə, Ermənistan və Rusiya prezidentləri iyulun 3-də görüşməli idilər, amma bu görüş baş tutmadı. Baş nazir əminliklə bu məsələnin ilin sonuna qədər həll olunacağını bildirib.

Google+ WhatsApp ok.ru