Mançester İslam Mərkəzində yanğın - FOTO

Mançester İslam Mərkəzində yanğın - FOTO

Mançester şəhərinin Droylsden yolunda yerləşən İslami Mərkəz və məsciddə yanğın baş verib.  
 
Maide.Az xəbər verir ki, “manchestereveningnews” saytının məlumatına görə, ötən gecə yerli vaxtla sat 23:40 radələrində 30 yanğınsöndürən hadisə yerinə gəlib. Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq məscidə ciddi ziyan dəyib.  
 
Şahidlərin bildirdiyinə görə, yanğın məscidin banından başlayıb və daha sonra bütün bina yanıb.  
 
Yanğın zamanı məsciddə kimsə olmayıb. Hələlik yanğının baş vermə səbəbi araşdırılır. Polisin bildirdiyinə görə, məscidin daxilində 3 dərs otağı və namaz qılan otağın bir hissəsi ziyan görüb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru