Maqadan vilayətində ilk məscid tikiləcək

Maqadan vilayətində ilk məscid tikiləcək

Maqadan vilayətində ilk məscidin təməlqoyma mərasimi keçirlib. 
 
Maide.Az Rus mediasına istinadən bildirir ki, inşaa ediləcək məbəd müsəlmanlar üçün adıçəkilən əyalətdə ilk rəsmi ibadət ocağı olacaq.
 
Məscid müsəlmanların ianələri hesabına tikiləcək. Vəsait yığımı layihə təsdiqləndikdən sonra başlayacaq. İslam kompleksinin ərazisi məscid daxil olmaqla təxminən 3 min kv metr təşkil edəcək.
 
Əlamətdar hadisə münasibətilə müsəlmanları təbrik etmək üçün Maqadanın meri Yuri Qrişan əraziyə gəlib. /

Google+ WhatsApp ok.ru