Maqnit fırtınası gözlənilir 09 Oktyabr 2018 01:00 Xəbərlər Oktyabrda Yer üzündə maqnit fırtınası müşahidə ediləcək. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, oktyabrın 8-11 və 18-20 tarixlərində maqnit fırtınası gözlənilir. Məlumata görə, oktyabrın 8-də başlayacaq geomaqnit fırtınası xüsusilə hiss ediləcək. Belə ki, onun intensivliyi 5 ballıq şkala üzrə 2 bal olacaq. Bu günlərdə meteohəssas insanlarda baş ağrısı, gərginlik, emosional qeyri-sabitlik, gücün azalması kimi əlamətlər müşahidə edilə bilər. Mütəxəssislər məsləhət görür ki, bu günlərdə meteohəssas insanlar fiziki ağırlıq tələb edən işlərdən uzaq olmalı, daha çox açıq səma altında zaman keçirməlidir. Maqnit fırtınası elektron əşyalar üçün də təhlükəlidir. Xatırladaq ki, ən böyük maqnit fırtınası bu ilin avqust ayının 26-da baş verib. O anidən başlayıb və alimlərin proqnozlaşdırdığı müddətdən daha çox davam edib. Teqlər : #Maqnit fırtınası gözlənilir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru GÜNÜN HƏDİSİ: NƏ QƏDƏR PİSDİR Kİ, MÖMİN... Xəzərdə zirehli texnika batdı: iki hərbçi öldü