Maqnit qasırğanın təsirini necə azaldaq? Mütəxəssisdən 2 SADƏ MƏSLƏHƏT 14 Sentyabr 2017 01:00 Sağlamlıq Son vaxtlar Günəşdə aktivliyin artması nəticəsində insanlar tez-tez maqnit qasırğaların təsirinə məruz qalır. Səbəbsiz halsızlıq və yorğunluq, baş ağrıları, əhvalın pisləşməsi, yuxusuzluq, əsəbilik, diqqətin pozulması - bütün bunlar maqnit qasırğaların nəticələridir. Mütəxəssislər bu təsirləri azaltmaq üçün müxtəlif məsləhətlər verir. Komsomolskaya Pravda fitoterapevt (bitkilərlə müalicə edən mütəxəssis) Elena Korsunun tövsiyələrini təqdim edir. Halsızlıq və yorğunluğu azaltmaq üçün səhər beyinin fəaliyyətini aktivləşdirən dəmləməni içmək olar. Dəmləməni hazırlamaq üçün hərəsindən bir çimdik üyüdülmüş zəncəfil və cövüz, bir az kəklikotu və 2-3 hil götürün və 1 ç.q. qara çayla 200 ml suda termosda dəmləyin. 30 dəqiqədən sonra için. Bu çay insanı gümrah edir, əhvalı və beyinin fəaliyyətini yaxşılaşdırır. Baş ağrısı və damarların spazmını götürmək üçün çaya mixək əlavə edin. Tərkibində damarları genişləndirən "sitral" maddəsi olan mixək baş ağrısını azaldır.(saglamolun) Teqlər : #Maqnit qasırğanın təsirini necə azaldaq? Mütəxəssisdən 2 SADƏ MƏSLƏHƏT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qara çay xərçəng hüceylərini məhv edir- Amma bir şərtlə... Beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyası gündəmdə
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir