Marien Lopen müsəlmanları təhqir etdiyi üçün məhkəmə qarşısına çıxarılıb

Fransa radikal sağçı Milli Cəbhəsi partiyasının sədri Marien Lopen müsəlmanları və onların dini ayinlərini təhqir etdiyi üçün mühakimə olunub.
 
Maide.az xəbər verir ki, bu fransalı siyasətçi çərşənbə axşamı günü Lion şəhərində keçirilən məhkəmə iclasında iştirak edib. Dörd anti-irqçi və hüquq müdafiə təşkilatı “Dini inanclarına görə bir qrup insana qarşı ayrıseçkilik, zorakılıq və nifrət oyatmaq” ittihamları ilə ona qarşı iddia qaldırıblar.
 
Lopen özünü təqsirli bilməyib və “Məhkəmə tərəfindən təqib edilmiş” hesab edərək jurnalistlərə deyib: “Bir siyasi lider olaraq, mən müəyyən bir ciddi məsələni qeyd etmək hüququna malikəm və bu, əslində mənim vəzifələrimdən biridir”.
 
Lopen 2010-cu ildə bir partiya mitinqində məscidlərin dolu olduğu bir vaxtda Fransanın üç şəhərində küçələrdə namaz qılan müsəlmanları nasist işğalçılara bənzətmişdi.
 
O əlavə edib: Üzr istəyirəm, lakin bəzi insanlar həqiqətən İkinci Dünya Müharibəsi haqqında danışmaqda maraqlı olduğu üçün, bu barədə (küçədə namaz qılmaq) danışa bilərik, çünki bunun özü ərazinin işğalı deməkdir”.
 
Avropa Parlamenti 2013-cü ildə bu açıqlamalarından sonra Lopenin siyasi toxunulmazlığını ləğv edib.
 
Onun təqsiri sübuta yetirilərsə, bir il həbs cəzasına məhkum olcaq və 45 min avro cərimə ödəyəcək. /
 

Google+ WhatsApp ok.ru