Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular. (Bəqərə surəsi, ayə 15-16)

İmam Səccad (ə) buyurur:
“Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”



Mark Zukerberq Konqresdə ifadə verdi -VİDEO

-- `Facebookda nə baş verirsə bu, mənim məsuliyyətimdir`

Tarix : 11-04-2018 09:31

"Bu mənim səhvim olub, və mən üzr istəyirəm," Konqresdə ifadə verən Mark Zukerberq bildirib. "Facebooku mən başlamışam, və onu mən idarə edirəm. Və orada nə baş verirsə bu, mənim məsuliyyətimdir."
 
Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq Konqresdə keçirilən dinləmərdə ABŞ senatorları qarşısında ifadə verib. Zukerberq bundan öncə milyonlarla istifadəçi ilə bağlı məlumat bazasından informasiya axını ilə bağlı üzr istəyib.
 
Dinləmələr Senatın Ədliyyə və Maliyyə komitələrində keçirilib. Çərşənbə günü isə Zukerberq Nümayəndələr Palatasında qanunvericilər qarşısında ifadə verəcək.
 
Ədliyyə komitəsinin sədri Çak Qrassli bildirib ki, "istifadəçilər onlarla bağlı məlumatların necə bölüşdürüldüyü və təhlükəsizliyin necə təmin olunduğunu bilməyə layiqdir". Senator həmçinin Zukerberqlə innovasiyalarla təhlükəsizlik arasında müvazinətin necə təmin edildiyi ilə bağlı müzakirə aparmaq istəyir.
 
"Əgər sən və başqa sosial media şirkətləri öz işinizi qaydasına qoymasaz, onda bizim heç birimizdə özəl məlumat qalmayacaq," Demokrat Senator Bill Nelson deyib. "Əgər Facebook və başqa şirkətlər insanların özəl məlumatlarlına müdaxiləni dayandıra bilməyəcəklərsə, onda bu işi biz etməli olacağıq - Konqres."
 
Mark Zukerberq qanunvericilərlə Vaşinqtonda bazar ertəsi özəl görüş keçirib. O, görüşlə bağlı açıqladığı yazılı mesajında bildirib ki, sosial media şirkəti özünü və istifadəçilərini qorumaq üçün daha çox işlər görməli idi.
 
Zukerberq keçən ay Facebook şəbəkəsinin milyonlarla istifadəçisi haqda məlumatların onların xəbəri olmadan Britaniyanın Cambridge Analytica şirkəti tərəfindən toplandığı haqda xəbərlərin verilməsindən sonra Konqresdə ifadə verməyə çağırılıb. ABŞ prezidenti Donald Trampın kampaniyası 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə edib.(contact.az)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 07:25