Marneulidə `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi (Foto) 09 Noyabr 2015 02:00 Məhərrəmlik Dünən Gürcüstanın Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı şəbih göstərilib. İlk öncə Elçin Daşdanzadə Əhli-Beyt (ə) sevərləri salamlayıb və Hacı Hikmət Qurandan bir neçə ayə tilavət edib. Bakı şəhərindən dəvət olunmuş "Kövsər" və "Cəfəri-Muminun" ilahi nəğmələr qruplarının səhnələşdirdiyi şəbih tamaşasından öncə ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib. Məharətlə canlandırılan şəbih tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb. Teqlər : #Marneulidə `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi (Foto), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞURA İNQİLABININ MAHİYYƏT VƏ SƏBƏBLƏRİ Gürcüstan Əhli-Beyt Cəmiyyətində `Dünyada Aşura` adlı konfrans keçirilib (Foto)