Mart-aprel aylarında 22 min yoxsul ilk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət edib

Mart-aprel aylarında 22 min yoxsul ilk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət edib

"Mart-Aprel aylarında ölkənin müxtəlif bölgələrindən yoxsul ailələrdən 22 min nəfər zəvvar ilk dəfə olaraq İmam Rzanın (ə) hərəmini ziyarət edib".  
 
Bunu Astane Qüds Rəzəvi kompleksinin (İmam Rzanın (ə) hərəm komkpeksinin) sədrinin yoxsullara yardım şöbəsi üzrə müavini Mustafa Xaksar Qəhrudi deyib. 
 
Maide.Az xəbər verir ki, M.Xaksar Qəhrudi deyib ki, Ali Rəhbər Ayətullah Xameneinin göstərişi əsasında ötən ildən yoxsul təbəqədən olan insanların İmam Rzanın (ə) hərəmini ziyarət etməsi üçün proqramın icrasına başlamışıq.   
 
O deyib ki, proqram çərçivəsində ölkə üzrə yoxsullar üçün İmam Rzanın (ə) hərəmini ilk dəfə ziyarət etmək imkanı yardılıb. “İlk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət edən yoxsul zəvvarlar yemək və qalmaqla təmin olunur. Səfər çərçivəsində onlar üçün müxtəlif mədəni proqramlar həyata keçirilir”. 
 
Məşhəd şəhrəində bütün hotel və qonaq evlərində nümayəndələrimiz fəaliyyət göstərir və ilk dəfə İmam Rzanın (ə) hərəmini ziyarət edən yoxsullara xidmətə nəzarət edir. /

Google+ WhatsApp ok.ru