Martda bayramlarla əlaqədar 8 gün iş olmayacaq

Martda bayramlarla əlaqədar 8 gün iş olmayacaq

-- Martın 27-si iş günüdür

Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.
 
Maide.Az bildirir ki, “Report”un xəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.
 
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.
 
Martın 27-si isə iş günüdür
 
Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.

Google+ WhatsApp ok.ru