Martda ailə büdcəsinə necə qənaət edək? - İQTİSADÇIDAN MƏSLƏHƏT

Martda ailə büdcəsinə necə qənaət edək? - İQTİSADÇIDAN MƏSLƏHƏT

-- Qənaət üçün imkan daxilində ...

"Mart gəldi, dərd gəldi". Atalarımız bu kəlamı öz vaxtlarında hansısa problemə görə deyirdilərsə, günümüzdə bu bayramlarla, dolayısı ilə xərclərlə dolu ayı yola verməyi simvolizə edir. Belə ki, 8 Mart, arxasınca çərşənbələr, Novruz bayramı... Hələ evlilik ərəfəsində olan insanlar üçün bu, daha böyük bir problemə çevrilib. Bəs bu ayda necə qənaət etmək olar?
 
Maide.Az "FaktXeber.com"-a istinadən xəbər verir ki,  iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Qənaət üçün imkan daxilində yarmarkalardan istifadə edilməsi yaxşı olar, çünki oradan supermarketlərə nisbətdə ucuz mal almaq mümkündür.
 
Ekspert bildirdi ki, kasıb, ya varlı fərq etməz, çalışılmalıdır ki, cibə uyğun normal süfrə açılsın: "Qənaət etmək hər bir ailənin büdcəsindən asılı məsələdir.  Büdcəyə uyğun hər hansı alış-veriş etmək, hədiyyə verməyə imkanları varsa, ailə çalışır ki, ona uyğunlaşsın."
 
Onun sözlərinə görə bir çox ölkələrdə bayramqabağı endirimlər, müxtəlif aksiyalar olur: "Amma çox təəssüf ki, bizdə bunun tam əksinədir - bayramlardan öncə bazarlarda ciddi qiymət artımı müşahidə edilir. Rayonlarda kənd təsərrüfatı yarmarkaları keçirilir. Qənaət üçün imkan daxilində o yarmarkalardan istifadə edilməsi yaxşı olar, çünki oradan supermarketlərə nisbətdə ucuz mal almaq mümkündür."
 
İqtisadçı bundan başqa israfçılığa yol verməmək üçün ehtiyacları doğru-düzgün hesablamağın lazım olduğunu bildirdi: "Xərcləri elə etmək lazımdır ki, süfrələrdə artıq yeməklər qalmasın, xarab olmasın. Düzgün planlaşdırılma aparılmalıdır."
 
Natiq Cəfərli qənaət barədə danışarkən bir maraqlı nüansa da toxundu.
 
Onun sözlərinə görə, qonum-qonşularla, qohumlarla bəhsəbəhsə görə yox, ailənin öz ehtiyaclarına, imkanlarına görə hərəkət edilməsinə çalışılmalıdır: "Çox vaxt azərbaycanlılar bəhsəbəsə hərəkət edir, həta borca girir, kredit götürürlər. Sonradan bunu qaytarmağa gəldikdə isə ciddi problemlrlə qarşılaşırlar."
 
"Yəni öz imkanlarına və büdcələrnə uyğun bayram planlarının aparılması daha yaxşı olar", - deyə iqtisadçı sözlərini yekunlaşdırdı.
 

Google+ WhatsApp ok.ru