Martda rəsmi inflyasiya 0,9% olub

Mart ayında inflyasiya 0,9% olub, deyə aprelin 14-də Dövlətstatkom məlumat verib.
 
Martda ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
 
Ay ərzində buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, meyvələrin spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
 
Ötən ay bir çox qeyri-ərzaq malları: parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqları, minik avtomobili və minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatları bahalanıb.
 
Üçüncü ildir, alternativ inflyasiya hesablanması aparılmır. Turan-ın hesablaması göstərir ki, 21 fevral devalvasiyasından sonra qiymət və tariflər xeyli bahalanıb. Amma hökumət siyasi mülahizələrdən real inflyasiya səviyyəsini azaldır.

Google+ WhatsApp ok.ru