Tunisdə siyasi böhran dərinləşir -YENİLƏNİB

Tunisdə siyasi böhran dərinləşir -YENİLƏNİB

Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) 60-dan çox üzvünün və bir sıra dövlət məmurlarının ölkədən çıxışına qadağa qoyub.

 
Bu barədə “Mosaique FM” radiostansiyası məlumat verib.
 
Qeyd olunub ki, buna səbəb onlarla bağlı məhkəmədə işlərin olmasıdır. Dövlət başçısının parlamenti buraxması bəyanatından sonra hərbçilər paytaxta daxil olaraq qanunverici orqanın və milli televiziya şirkətinin binası yaxınlığında mövqelər tutublar.
 
Ölkə parlamentinin spikeri, “Ən-Nəhda” partiyasının lideri Rəşid Qənnuşi isə bildirib ki, ölkə prezidenti konstitusiyaya zidd addımlar atır.
 
Xatırladaq ki, Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) fəaliyyətinin dayandırıldığını elan edib.
 
***
 
Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) fəaliyyətinin dayandırıldığını elan edib.
 
Maide.Az “Report” a istinadla xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat verib.
 
Bütün deputatların toxunulmazlığı ləğv edilib, baş nazir Hişam Maşişin isə istefa verəcək. Bu müddət ərzində isə hökumətə başqa şəxs rəhbərlik edəcək.
 
Tunis Respublikasının Prezidenti Kays Sayid ölkədəki vəziyyəti müzakirə etmək üçün Karfagendəki sarayda təhlükəsizlik rəsmiləri və hərbçilərlə təcili iclas keçirib. Buna səbəb Tunisin bir sıra böyük şəhərlərində keçirilən etiraz aksiyaları olub.
 
Aksiyaçılar parlamentin buraxılmasını, siyasi rejimin dəyişdirilməsini və epidemioloji vəziyyətin pisləşməsindən məsul olanların mühakimə olunmasını tələb ediblər.
 

Google+ WhatsApp ok.ru