Martın 9-da Günəş tutulması olacaq

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.
Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək.
2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.
Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək.
Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.  science.az /
 
Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

Google+ WhatsApp ok.ru