Martın 9-da növbəti SAT imtahanı keçiriləcək

Martın 9-da növbəti SAT imtahanı keçiriləcək

Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcəkdir.
 
DİM-dən FaktXəbər-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
 
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/ 
 

Google+ WhatsApp ok.ru