Masallı bazarı yandı - FOTO

Masallı rayonunda güclü yanğın hadisəsi baş verib.
 
Hadisə bu gün səhər saat 5.30 radələrində şəhərin mərkəzi bazarında qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə Lənkəran və Göytəpə şəhərlərinin hər birindən əlavə olaraq daha bir yanğınsöndürən maşın cəlb olunub. Onların 3 saata yaxın birgə səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub. Hadisə zamanı xəsarət alan olmasa da, bazarın 500 kvadratmetrlik ərazisi, o cümlədən 20-dək mağaza içindəki mallarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb. Yanğının baş vermə səbəbləri hələlik bilinmir. Bu, aparılmış ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 
FHN-in hadisə ilə bağlı yaydığı məlumatda isə bildirilir ki, Masallı şəhərində ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru