Masallıda 4 hektar kivi bağı yararsız vəziyyətə salınıb

Masallıda 4 hektar kivi bağı yararsız vəziyyətə salınıb

Masallı rayonunda naməlum şəxs və ya şəxslər 4 hektar ərazidə əkilmiş kivi ağaclarını kəsərək yararsız vəziyyətə salıblar.
 
Hadisə rayonun Hüseynhacılı kəndində baş verib. Fermer Aşur Mahmudova məxsus kivi bağı bir gecənin içində məhv edilib. Zərərçəkmiş bildirib ki, bağda əkilən hər bir kivi ağacı ona 700 manata başa gəlib. Bu il ilk dəfə olaraq bağdan məhsul yığımı aparılacaqdı.
 
A. Məmmədov hadisədən səhər saatlarında xəbər tutub. Bağa gələn fermer gördüyü mənzərədən dəhşətə gəlib. Əraziyə baxış keçirərkən ağacların 90%-nin kəsildiyi məlum olub. O, hadisə barədə dərhal kənd icra nümayəndəsini, bələdiyyə sədrini və rayon polis şöbəsini məlumatlandırıb. Hələlik heç kəsdən şübhələnmədiyi bildirən A. Mahmudovun sözlərinə görə, hər şey ərazidə quraşdırılan veb-kameraya baxışdan sonra məlum olacaq. 
 
Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa) /
 
 
masallida 4 hektar kivi bagi yararsiz veziyyete salinib
 
masallida 4 hektar kivi bagi yararsiz veziyyete salinib
 
masallida 4 hektar kivi bagi yararsiz veziyyete salinib
 
 
 
 

Google+ WhatsApp ok.ru