Masallıda güclü külək ciddi fəsadlar törədib

Masallıda güclü külək ciddi fəsadlar törədib

Masallıda güclü külək ciddi fəsadlar törədib.

 

Bu barədə Masallı Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılov məlumat verib. Onun sözlərinə görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb.

 

Hazırda ərazi ağır texnikaların və canlı qüvvənin köməkliyi ilə təmizlənir. Sabah binanın dam örtüyü yenidən bərpa olunacaq. Bundan başqa güclü külək beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib, 110 kilovatlıq yarımstansiyada qəza baş verib, transformatorlar sıradan çıxıb.

 

Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırlması isdiqamətində işlər davam etdirilir. (apa) 

 

Masallıda güclü külək ciddi fəsadlar törədib


Masallıda güclü külək ciddi fəsadlar törədib


Masallıda güclü külək ciddi fəsadlar törədib


Masallıda güclü külək ciddi fəsadlar törədib


Masallıda güclü külək ciddi fəsadlar törədib


Masallıda güclü külək ciddi fəsadlar törədib

Google+ WhatsApp ok.ru