Masallıda məscidin qazını kəsdilər sonra…..! - Video

Masallıda məscidin qazını kəsdilər sonra…..! - Video

 
 
Maide.Az Cenubnews-a istinadən xəbər verir ki.bu gün Masallı Qaz İstismar idarəsinə yeni təyin olnmuş rəis tapşırıq verərək Masallının Məmədxanlı kəndində yerləşən məscidin qazın kəsidirib.
 
Məmədxanlı kəndində yerləşən məscidində qazın kəsilməsi ibadət edənlərin narazılığına səbəb olub.
 
İdarə rəsmiləri səbəb kimi məscidin 100 azn borcu olmasını bildiriblər.
 
100 azn borcu olan məscidə gələn kənd sakinləri 90 azn yığa biliblər bunu görən idarə rəsmisi 10 azn-də mən verərəm deyərək qazı qoşdurmaqı tapşırıq verib.
Buna baxmayaraq qazı kəsən idarə rəsmisi əvvəl qoşmaq istəməsə də, sonradan xahiş-minnətlə qazı qoşub.
 
Qeyd: Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.
 
Xatırladaq ki, kənd sakinlərinin bildirdiyinə görə Məmədxanlı kəndində yerləşən məscidin bu illik limiti keçməyib.
 
Və heç bir xəbərdarlıq etmədən qaz sayğacına plomb vurmaqdansa kökündən kəsməyi özlərinə vəzifə biliblər.
 
Hal hazırda məscidə qaz verilişi 90 azn verildikdən sonar təmin olunub. /
 

Google+ WhatsApp ok.ru