Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb -FOTO

Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb -FOTO

Xəbər verdiyimiz kimi bu gün Masallıda öz ruhanilərinin həbsinə etraz edən dinc əhalidən 15 nəfər saxlanılıb . 
 
Maide.Az xəbər verir ki, bu gün Masallıda cümə namazından sonra öz ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən bir qismi Masallı Məhkəməsinə aparılaraq onlar barədə sutkalıq həbs qərarı çıxarılıb. 
 
Əldə etdiyimiz məlumata görə, saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib.  
 
Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılmışdır.
 
Sərbəst buraxılan dindarlar bildirir ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıb.
 

Google+ WhatsApp ok.ru