Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub

Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub

-- 1 nəfər xəsarəti alıb

Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.
 
APA-nın cənub bürosunun xəbərinə görə, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib.
 
Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.
 
Qeyd edək ki, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.
 

Google+ WhatsApp ok.ru