Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Masallıda ağır qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu

Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub.
 
Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.
 
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.
 
Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Masallı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.
 
 

 

Google+ WhatsApp ok.ru