Masallının kəndində yeni məscid dindarların ixtiyarına verilib

Cümə günü Masallının Ərəbli kənd məscidinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
 
Bu münasibətlə məscidin qarşısında böyük çadır qurulub. Tədbirdə 300 nəfərə yaxın kənd sakini, tanınmış ruhanilər, hörmətli qonaqlar iştirak edib.
AİP Masallı rayon komitə sədri Elgün Bəşirli və qurumun üzvləri də açılış mərasiminə qatılıblar.
 
Tədbirdə çıxış edən din alimi Haci Seyyid Mirdamet bu əlamətdar hadisənin kənd camaatı üçün son dərəcə mühüm önəm daşıdığını deyib və məscidin əsaslı təmirinin başa çatmasında əziyyəti olan sakinlərə təşəkküt edib, onların bu savab əməlinin Haqq-Təala qarşısında cavabsız qalmayacağını xatırladıb.
 
 “Aşiqlər” ilahi nəğmələr qurupunun ifasında səslənən surudlar məclisə əsl bayram ruhiyyəsi bəxş edib. 
 
Tədbirin sonunda şəhidlərimizin ruhuna və günahsız yerə həbs olunan məhbusların azadlığa çıxması üçün dualar oxunub. /
 

Google+ WhatsApp ok.ru