Masallının yanan “Köhnə bazar”ından son məlumat-Foto

Bu mağazalar yandırılıb. Kimə şikayət edəsən?! Bir kasıb mühafizəçini tutmaqla bu qədər ziyan ödənilməyəcək

Xəbər verdiyimiz kimi Masallı rayonunda bazar ərazisində yerləşən 20-ə yaxın mağaza və içərisində olan mallar yanmışdı.
 
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, dekabr ayının 8-də saat 04:30 radələrində Masallı rayonu “Köhnə bazar” adlanan ərazisində baş verən yanğından iki gün keçsədə sözü gedən bazarın yandırılması ilə bağlı heç bir araşdırılma aparılmır.
 
Mağaza sahibləri müxbirimizə bildiriblər ki, "Yanğın baş verən gündən bir gün qabaq bir çox sahibkar təzə mallarla mağazanı doldurmuşdular.Alver etdiyimiz ərazi də "Riyad" Təhlükəsizlik Xidmətinin mühafizəçiləri tərəfindən mühafizə edilirdi.Mühafizəçi mağazaların tüstülədiyini görüb Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Dövlət Yanğın Nəzarəti Xidmətinə zəng etməkdən sanki öyrədilmiş kimi yanğın sahəsi genişlənəndən sonra FHN-ə zəng edib.Yanğın söndürənlər gələnə kimi əsas satış yerləri olan mağazaların bir çoxu yanıb.Bundan sonra yerli sakinlər Masallı rayon elektrik şəbəkəsinə zəng edərək həmən ərazinin işıqlarının söndürülməsini xahiş ediblər.Lakin işıq idarəsində növbədə olan şəxs də 30 dəqiqə telefonlara cavab verməyib.Bu səbəbdən yanğın daha da genişlənərək digər mağazalara keçib.Nəticədə 20-ə yaxın mağaza yanıb.Yanan mağaza sahiblərinin hər birinə 100 min manatdan 250 min manata qədər ziyan dəyib.Sahibkarlar həmçinin qeyd edirlər ki, bu mağazalar yandırılıb.Kimə şikayət edəsən?! Bir kasıb mühafizəçini tutmaqla bu qədər ziyan ödənilməyəcək.Bu yanğını törədənlər kimdirsə qərəzli şəkildə yandırıb.Yerli icra hakimiyyəti də deyir sizə heç bir köməklik edə bilmərəm.Az miqdarda tikinti işinə kömək edərəm vəssalam.Sığorta yox, mallar yanıb, hər birimizin də banklara xeyli borcu var.Mağazaları yanmayan sahibkarlar da bildirirlər ki, bizdə məcburuq növbə ilə öz obyektlərimizi qoruyaq".
 
Qeyd edək ki, dekabr ayının 8-də Masallı rayon "köhnə bazar" adlanan ərazisində yerləşən ümumi sahəsi 450 kv.m olan 20 ədəd mağaza və içərisində olan mallar yanıb./
 
 
 
 

Google+ WhatsApp ok.ru