Masallı dindarlarından Surac Ağayev azadlıqda - FOTO

Masallı dindarlarından Surac Ağayev azadlıqda - FOTO

Masallı rayon dindarlarından Surac Ağayevin həbs müddəti başa çatdığı üçün azadlığa çıxıb.                        
 
Maide.Az xəbər verir ki, 5 il müddətinə azadlıqdan məhrum edilmiş S.Ağayevin həbs müddəti bu gün (15 sentyabr 2017) başa çatıb. O, 14 saylı cəzaçəkmə müəssisəindən azadlığa buraxılıb.
 
Azadlığa çıxan S.Ağayevi dindarlar qarşılayıb.
 
Masallı rayonunda fəal olan islamçılar; jurnalist Araz Quliyev, Xalid Kazımov, Ziya Tahirov, Rza Ağalı, Surac Ağayev, Namiq Kişiyev və Nicat Əliyevin həbsindən 5 il ötür.
 
Qeyd edək ki, 2013-cü il aprel ayının 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində adları aşağıda qeyd olunanlara hökm oxuyub:
 
Jurnalist Araz Quliyev 8il.
Xalid Kazımov 8 il.
Ziya Tahirov 7 il.
Rza Ağalı 7 il.
Surac Ağayev 5 il.
Namiq Kişiyev 4 il 6 ay.
Nicat Əliyev 4 il 6 ay.
 
Xatırladaq ki, həbs olunan Masallı rayon dindarlarından Namiq Kişiyev və Nicat Əliyevin də  həbs müddəti artıq bitib. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru