Masallıda bağlanan məktəblə bağlı aksiya - “4 km yol var...”

Masallıda bağlanan məktəblə bağlı aksiya - “4 km yol var...”

Masallının Kürdəbaz kəndində orta məktəbin bağlanmasına görə sakinlər aksiya keçirib. Rayon sakini “Qafqazinfo”ya bildirib ki, bu il Masallıda 7 kənddə doqquzillik məktəb bağlanıb:
“Bu səbəbdən bütün kəndlərin şagirdləri bir məktəbə gedir. Qonşu kənddəki məktəbə kimi yol isə 4 km-dir. Sakinlər deyir ki, heç olmasa, dördillik məktəb açılsın, uşaqlar böyüyəndən sonra qonşu kəndə gedərlər. Valideynlər bu gün məktəbin yaxınlığındakı yolu bağlayıb aksiya keçirirdi. Əraziyə polis əməkdaşları gəlib və bir neçə nəfər saxlanılıb”.
 
Təhsil üzrə ekspert Kamran Əsədov da məsələyə münasibətində bildirib ki, Təhsil haqqında qanunun tələblərinə əsasən məktəblər əlçatan olmalıdır. Yəni, valideynlər məktəb seçmək ixtiyarına malikdir. Bu, dünya təcrübəsində qəbul edilən bir prinsipdir. Təhsil Nazirliyi narahatlıqlara son qoymaq üçün valideynləri ətraflı məlumatlandırmalıdır”.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, artıq 2011-ci ildən pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi aparılır. Müxtəlif regionlarda təmayüllərin təşkili bütün məktəblərdə mümkün olmur. Orada məktəblərin imkanlarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir. Bu zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül mərkəzləri olacaq məktəblərin müəyyənləşdirilməsi zamanı məktəbin maddi-texniki bazası, infrastrukturu, təlim nəticələri, kadr potensialı ilə təminatı və müvafiq zona üzrə digər məktəblərə görə yerləşdiyi mövqe nəzərə alınır. Təmayül mərkəzlərinin müəyyən edilməsində diqqət edilən əsas amil həmin zona üzrə təhsilini təmayül siniflərində davam etdirəcək şagirdlərin maraqlarının təmin edilməsidir. /
 

Google+ WhatsApp ok.ru