Masallıda Məhkəmə qarşısında saxlanılan inanclılar sərbəst buraxılıb

Masallıda Məhkəmə qarşısında saxlanılan inanclılar sərbəst buraxılıb

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü  imam cümə Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasının ardınca Masallıda onun qanunsuz saxlanılmasını eşidib və vəziyyəti ilə maraqlanmaq üçün məhkəmə önünə gələn 4 nəfər saxlanılmışdı. 
 
Maide.Az-ın əldə etidyi məlumata görə, məhkəmə önündə saxlanılan şəxslər sərbəst buraxılıb. 
 
Onlardan polis bölməsində izahat alınıb. Həmçinin onlara qarşı Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə ittiham irəli sürülərək cərimə təyin edilib. 
 
Qeyd edək ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsində deyilir: 
 
Maddə 510.
Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 340 hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.  

 

Google+ WhatsApp ok.ru