Masallıda ruhanilərinin həbsinə etraz edən dinc əhalidən 15 nəfər saxlanılıb -  VİDEO

Masallıda ruhanilərinin həbsinə etraz edən dinc əhalidən 15 nəfər saxlanılıb - VİDEO

Masallıda öz ruhanilərinin həbsinə etraz edən Masallı camaatından 15 nəfər saxlanılıb . 
 
Maide.Az xəbər verir ki, bu gün Masallı cümə məscidində Şeyx Sərdar Hacıhəsənlinin arxasında namaz qılan dindarlar cümə namazından sonra öz ruhanilərinin qanunsuz həbs edilməsinə dinc etiraz aksiyası keçirib. 
 
Əllərində Şeyx Sərdar Hacıhəsənlinin səkillərini daşıyan dindarlar, qanunsuz həbs olunan ruhanilərinin həbsini pisləyib və sərbəst buraxılmasını tələb edib. 
 
Dinc aksiya iştirakçılarından 15 nəfər saxlanılıb. Polis dinc əhaliyə qarşı güc tətbiq edib, onlara qarşı kobud davaranış sərgiləyib və onları təhqir edib. 

Google+ WhatsApp ok.ru